Bakıda evdən oğurluq edən şəxslər polis tərəfindən saxlanılıblar. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 10 avqust tarixində xəbər verir.
Nizami rayon ərazisindəki evlərin birindən 14.125 manat dəyərində televizor, mobil telefon, notbuk, planşet, modem, skuter, samovar, tozsoran və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ə.Maşallayev və X.Sadıxova saxlanılıblar.
Şəxsi axtarış zamanı Ə.Maşallayevdən “metamfetamin” aşkarlanaraq götürülüb.