25 noyabr tarixində Binəqədi rayonunda yol qəzası nəticəsində ibtidai sinif müəllimi dünyasını dəyişib.
APA-ya istinadən hadisə səhər saatlarında 7-ci mikrorayon ərazisində baş verib. 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən 59 yaşlı Təranə Kazımova məktəbə gedərkən onu sürətlə hərəkət edən avtomobil vurub. Zərbə nəticəsındə qadın hadisə yerində ölüb.
Onun vəfat etməsi səbəbindən rəhbərlik etdiyi sinifdə dərslər keçirilməyib. Faktla bağlı araşdırma aparılır.
Təranə Kazımova 2018-ci ildən Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. Onun ümumi 39 illik pedaqoji fəaliyyəti olub.