Bakıda Küveyt vətəndaşı idman edərkən ölüb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 17 avqust tarixində xəbər verir.
Avqustun 16-sı səhər saat 06:30 radələrində paytaxtın Xətai rayonu, Xəqani Rüstəmov küçəsinin yaxınlığında yerləşən Ağ şəhər bulvarında Küveyt vətəndaşı, 58 yaşlı Faisal Aha Albahar idman məqsədilə qaçarkən qəflətən ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.