20 noyabr tarixində Bakıda intihar hadisəsi baş verib.
Oxu.az-a istinadən Binəqədi rayonu, İnzibati Həbs Olunanların Saxlama Məntəqəsində narkotik istifadəçisi olan 28 yaşlı Emin İsmayılov intihar edib. O, başına sellofan torba və corab keçirərək özünü boğub.
Emin İsmayılov həbsə xırda talamaya görə düşmüş və məhkəmənin qərarına əsasən 25 sutka inzibati həbs cəzası almışdır.
Faktla bağlı araşdırma aparılır.