Paytaxtın Xəzər rayonunda bıçaqlanma baş verib. Bu haqda bu gün, 12 avqust tarixində Report məlumat verib.
Verilən məlumata görə, Binə qəsəbəsi sakini, 35 yaşlı Siyavuş Ramazanov mübahisə zəminində bıçaqlanıb.
Kişi üz nahiyəsinin kəsilmiş bıçaq yarası ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
O, əməliyyat olunub, daha sonra, vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.