Binəqədi rayonunda mobil telefon oğurlayan şəxs saxlanılıb. Bu haqda 24 noyabr tarixində AZƏRTAC xəbər verib.
Oktyabrın 31-də və noyabrın 1-də iki Bakı şəhər sakinlərinin mobil telefonları oğurlanıb. Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.