Ötən gün Bakıda avtomobil kafeyə çırpılıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Bu haqda Oxu.az xəbər verib.
Biləcəri-Binəqədi şossesində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 99 OB 231 nömrə nişanlı “Hyundai” markalı avtomobil kafeyə girib.
Hadisəyə yüksək sürət səbəb olub.