Bakının Nəsimi rayonu, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində 9 avqust axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az məlumat verir.
“KİA” markalı təlim avtomobili “Chevrolet” markalı maşın ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Hadisə yerində tıxacın yarandığı bildirilib.