Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda 2 noyabr tarixində AZƏRTAC xəbər verib.
Binəqədi rayon ərazisindən evlərin birindən qol saatı, bir həyətdən su nasosu, gidrafor və bir avtomobildən təmir alətləri oğurlanıb. Polisin apardığı axtarış-əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əzimovu saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.