Bu gün, 27 oktyabr tarixində paytaxtın “28 may” stansiyasında aşağı gedən eskalator qəflətən dayanıb. Bu vaxt sərnişinlər arasında çaşqınlıq yaşanıb. Bu haqda Baku.ws məlumat yayıb.
Bakı Metropolitenin sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, eskalator təhlükəsizlik məqsədilə dayandırılıb. Saat 11:00 radalərində eskalatordan cavan kişi yıxılarkən eskalatorun hərəkəti dərhal saxlanılıb. Sərnişin xəsarət almayıb və həkim köməyindən imtina edib.
Daha öncə, 20 oktyabr tarixində Bakı metrosunda qatarında nasazlıq yaranmışdır. Bu da qatarların hərəkətində gecikməyə səbəb olmuşdur.