Bu gün, 5 noyabr tarixində Bakıda Üzeyir Hacıbəyov küçəsində, Hilton Hotel-in yaxınlığında yolun hərəkət hissəsində avtomobil qəflətən alışıb. Bu haqda Oxu.az məlumat yayıb.
Sosail şəbəkələrdə yayılan məlumata görə, yolun sol zolağı ilə hərəkət edən BMW markalı avtomobilin mühərrik hissəsi alışıb. Lentə alınan kadrlarda sürücü yanğını təkbaşına zərərsizləşdirilir.
Daha öncə, 28 oktyabrda gecə saatlarında paytaxtın Sabunçu rayonunda qarajın içərisində olan “Opel” və “Nissan” markalı minik avtomobilləri yanmışdır.