Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində piyada avtoqəzada ölüb. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini Z.Məmmədova və 35-40 yaşlı kişi yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən zaman onları avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb. Nəticədə kişi həyatını itirib.
Hazırda axtarış işləri aparılır.