Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və onun bacısı İlknur Əliyeva həbs olunublar. Bu haqda 5 noyabr tarixində Oxu.az xəbər verib.
Onlar qızıl alveri ilə məşğul olunduğu zaman bir neçə nəfərə qarşı dələduzluq ediblər. Hər ikisi məhkəmənin qərarı ilə həbs ediliblər.
Aytac Əliyeva Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri olub.