Paytaxtın Binəqədi rayonu Eldar Babayev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 13 noyabr tarixində APA məlumat yayıb.
Hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü qəfil qarşısına çıxan nəqliyyat vasitəsini görərək manevr etməyə çalışıb. Nəticədə yolun kənarındakı hasarı dağıdaraq park olunmuş “Mercedes” markalı avtomobilə çırpılıb.
Hər iki avtomobiəl ziyan dəyib. Xəsarət alan yoxdur.
Həmin rayonda piyada iştirakı ilə daha bir avtoqəza qeydə alınıb.