Paytaxtın Binəqədi rayonunda su sayğacı oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 19 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Teymur Allahverdiyev qeyd olunan rayon ərazisində 11 ədəd sayğac oğurlayaraq, onları metal qəbulu məntqələrinə bir ədədini 10 manatdan satıb.
Faktla bağlı araşdırma davam edir.
Bundan əvvəl, 4 noyabr tarixində həmin rayonun Biləcəri qəsəbəsində 11 ədəd kombi aparatı oğurlayan şəxs saxlanılmışdır.