Paytaxtın Binəqədi rayonu İlqar Cümşüdov küçəsində 21 oktyabr tarixinə keçən gecə zəncirvari avtoqəza baş verib. Bu haqda Report məlumat yayıb.
4-cü mikrorayon dairəsindən Oftalmologiya mərkəzi tərəfə gedən “Chevrolet” markalı avtomobil, 9-cu mikrorayon ərazisi istiqamətində getmək istəyərkən işıqforun qırmızı işığında gözləmədən öndən gələn “Mercedes” və ”Toyota” markalı nəqliyyat vasitələrin yoluna çıxaraq, onlara çırpılıb.
“Mercedes” markalı avtomobil deformasiya olduğundan, sürücünü içəridən çıxarmaqa kömək lazım olub. 3 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.