Bakıda 55 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Bu haqda 16 noyabr tarixində Oxu.az xəbər verib.
Binəqədi rayonu 9 nömrəli Bakı Peşə Liseyində mühafizəçi işləyən Bakı şəhər sakini 55 yaşlı Rövşən Hacıyev qazanxanada dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə bu gün dəm qazından 37 yaşlı qadın dünyasını dəyişib.