Ötən gün Bakıda fəhlə evin uçması zamanı beton konstruksiyanın altında qalıb.
Report-a istinadən Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi evin tikintisi zamanı pilləkən uçub. Nəticədə orada işləyən fəhlə betonun altında qalıb. Hadisə yerinə FHN-nin Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Tikintidə fəhlə işləyən 34 yaşlı Emin İsmiyev uçqun altından xilas olunub. O, xəsarətlə xəstəxanaya yerləşdirilib.