Paytaxtın Binəqədi rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Bu haqda bu gün, 26 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məntəqədə bir dam altında yerləşən ümumi sahəsi 500 kv.m olan avtoyuma, anbar və avtomobil təmiri sexləri ərazisində alışma başlayıb. Nəticədə 130 kv.m sahədə tavan və təmirə dayanan “Hyundai” markalı avtomobilin qapısı yanıb.
Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Digər obyektlərə və nəqliyyat vasitələrinə, eləcə də yanacaqdoldurma kolonlarına ziyan dəyməyib.