Bakı şəhəri Binəqədi rayonunda 24 oktyabr tarixində iki bıçaqlanma hadisəsi baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Bu haqda Report xəbər verib.
37 yaşlı Ramin Məmmədov gecə saatlarında qayınatasının evində döyülüb, daha sonra bıçaq zərbələri alıb. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub, kişi üz və sol qol nahiyələrində kəsilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib. O, ilkin ifadəsində bildirib ki, xəsarət yetirənlər qaynı və qaynının dayısı olub.
Səhər saatlarında daha bir bıçaqlanma qeydə alınıb. 40 yaşlı İlkin Fətullayev qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə keçirilib. İlkin məlumata görə, kişi mübahisə zaminində bıçaqlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.