Gecə saatlarında Bakıda yanğın hadisəsi qeydə alınıb. Hadisə Binəqədi rayonunda baş verib. Bu haqda 29 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Biləcəri qəsəbəsində baş verən yanğına FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunaraq söndürülüb.
APA-nın verdiyi məlumata əsasən yanğına küçədəki elektrik xətlərinin birləşməsi səbəb olub. Hadisə nəticəsində ev və onun sahibinə məxsus həyətyanı sahədə “Nissan”, “Lexus” və “Mercedes” markalı avtomobillər yanıb.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.