Bakının Binəqədi rayonunda quldurluq edən şəxs tutulub. Bu haqda Azərtac 28 oktyabr tarixində xəbər verib.
Oktyabrın 27-də saat 2 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində “Nissan” markalı avtomobilinə oturmuş şəxsin onu bıçaqla hədələyib yüz manat məbləğində pulunu almasında şübhəli bilinən A.Həsənov müəyyənləşdirilərək saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.