Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində avtoqəza ölümlə nəticələnib. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Hərəkət üçün bağlı olan yolda gedən “Mercedes” markalı nəqliyyat vasitəsi həmin yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Araşdırmalar davam edir.