Bakıda bir nəfərin meyiti tapılıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 16 avqust tarixində xəbər verir.
Nərimanov rayonunda birmərtəbəli fərdi yaşayış evinin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit düşürülərək aidiyyəti üzrə təhvil verilib.