Bakıda qanunsuz ağac kəsimlərinə görə cinayət işi başlanılıb. Bu haqda 12 avqust tarixində Report məlumat verib.
Nizami rayonu, Bəkir Çobanzadə küçəsində meşə fonduna daxil olmayan ağacların və kolların qanunsuz kəsilməsi faktı aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma”, “Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma”, “Qanunsuz ağac kəsmə” maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.