19 noyabr tarixində Bakıda xəsarətlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib.
APA-ya istinadən Nizami rayonu, “Neftçilər” metro stansiyasının yaxınlığında 20 yaşlı Nərminə Abbasovanı yolu keçən zaman avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Report-a istinadən Binəqədi rayonunda 55 yaşlı Rəna Veysəlova yolu keşərkən onu "KaMAZ" markalı yük avtomobili vurub. Yaralı bədənin müştərək travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma davam edir.