Bakıda paytaxt sakini olan narkotacir saxlanılıb. Bu haqda 11 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nizami rayonunda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini E.Ağayev saxlanılıb. Axtarış zamanı onda 1 kiloqramdan artıq heroin, 350 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.