Bakıda gecə ərzində paytaxt ərazisində 3 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb. Bu haqda BakuPlus.az bu gün, 11 avqust tarixində xəbər verir.
Nəsimi rayonu, “Koroğlu” parkının yaxınlığında iki nəfər ağır xəsarətlər alıb. 32 yaşlı Fuad Əliquliyev və 30 yaşlı Turanə Həsənova yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları avtomobil vurub. Hər iki şəxs Kliniki Tibbi Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 33 yaşlı İsa Qorçuyev yolu keçərkən onu avtomobil vurub. Kişi müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.