Bakıda daha bir piyada yol qəzasında xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 13 avqust tarixində xəbər verir.
Paytaxtın Xəzər rayonunda 41 yaşlı Pərvin Məlikov yolu keçərkən onu avtomobil vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.