Bakı şəhəri Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu haqda Report bu gün, 11 noyabr tarixində Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verib.
Belə ki, “Hummer” markalı avtomobildən pul və sənədlər olan pul kisəsi oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları əməli törədməkdə şübhəli bilinən Ağsu rayon sakini S.Yolçuyevi Sulutəpə qəsəbəsi ərazisində saxlayıblar.
Faktla bağlı araşdırma davam etdirilir.