Bakıda oğurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən köşklərin birindən 400 manat dəyərində lotereya biletləri oğurlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şübhəli bilinən T.Qafarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.