Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində avtomobil mağazaya çırpılıb. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsi ilə yol kənarında yerləşən şirniyyat mağazasının pəncərəsini sındıraraq içəri girib. Nəticədə obyektə ciddi ziyan dəyib. Sürücü yüngül xəsarətlərə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_58048" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]