Bakıda vulkan püskürüb. Bu haqda 11 avqust tarixində Report məlumat verib.
Püskürmə Lökbatan qəsəbəsi ərazisində yerləşən vulkanların birində baş verib. Hadisə yerinə müvafiq qurumlar cəlb olunub.
Azərbaycan dünyada palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. Məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir.