Bakıda evdə kişi meyiti aşkarlanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 10 avqust tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə tapılıb.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 62 yaşlı Əbülfət Nəzirovun meyitini aidiyyəti üzrə təhvil veriblər.