Paytaxtın Suraxanı rayonunda piyadanın iştirakı ilə avtoqəza baş verib. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yolu keçən zaman 22 yaşlı Şamil Əliyevi avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.