Bakıda Ağdam sakini olan narkotacir saxlanılıb. Bu haqda 13 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş P.Zeynalov saxlanılıb. Axtarış zamanı ondan 9 kiloqramdan artıq marixuana tapılıb.
Faktla bağlı araşdırma aparılır.