Paytaxtın Xətai rayonu, NZS qəsəbəsində gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
31 yaşlı Nəriman Quliyev dava edən zaman naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.