Paytaxtın Xətai rayonunda beşmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 46 kv.m olan mənzil 5 kv.m sahədə alışıb. Evin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.