Bakının Xəzər rayonunda yaşayış evlərindən 15.000 manatlıq oğurluq etməkdə şübhəli biliənən şəxs saxlanılıb. Bu haqda bu gün,11 avqust tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.
Müxtəlif vaxtlarda 7 evdən ümumilikdə 1465 manat pul, 7915 manat dəyərində qızıl-zinət əşyaları, 3000 manat dəyərində inşaat materialları, 2940 manat dəyərində velosiped, su mühərriki, elektrik naqili və məişət əşyaları oğurlanıb.
Xəzər Rayon Polis İdarsəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qala qəsəbə sakinləri C.Həzrətquliyev və əvvəllər məhkum olunmuş T.Əmiraslanov saxlanılıblar. Faktla bağlı araşdırma apaılır.