Paytaxtın Xəzər rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin 1 otağı qismən alışıb. Tikilinin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.