Paytaxtın Nəsimi rayonunda yerləşən məşhur restoranda yanğın başlayıb. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Alışma “Yüngül Cinayətlər” adlı iaşə obyektində qeydə alınıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğınsöndürmə işləri davam edir.
[caption id="attachment_57768" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]