Qaradağ Gənclər Evində Psixologiya üzrə fəlsəfə doktoru, Azerbaycan Universiteti sosial işin təşkili kafedrasının dosenti, UNİCEF ve BMT beynəlxalq təşkilatının uşaq və gənclər üzrə konsultantı Aynur Bünyatova ilə görüş keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 4 avqust tarixində xəbər verir.
8 avqust saat 12:00-da Aynur Bünyatovanın təqdimatında “Ailədə və təhsil müəssisələrində uşağa qarşı zorakılıq” mövzusu müzakirə olunacaq.
Görüşdə iştirak etmək üçün +994 55 530 89 80 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.