Bakıda avtomobil qəzasında 3 nəfərin ölümündə təqsirləndirilən Firudin Əsədovun cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 25 may tarixində Report məlumat verib.
Cinayət işi hakim Əhməd Quliyev tərəfindən baxılacaq. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
19 yanvar tarixində Binəqədi şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. 27 yaşlı Firudin Əsədovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili 49 yaşlı Elşən Eyvazovun sürücüsü olduğu “VAZ-2109” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncu və onun sərnişinləri - 35 yaşlı Xanəhməd Eyvazov və 50 yaşlı Zaur Həsənov hadisə yerində dünyasını dəyişiblər.