Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev barəsində başlanmış cinayət işi üzrə istintaq yekunlaşıb.
Bu barədə apa.az-a Ədalət Verdiyevin vəkili Bəhruz Bayramov məlumat verib.
Cinayət işinə Nəsimi rayon məhkəməsində baxılacaq.
Qeyd edək ki, Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.