top
“Ən absurdu “Aynişanın qapısını dezinfeksiya etdilər” xəbəri idi” – Aynişan
17 fevral 2025, 04:31
- ↺ +

“Ən absurdu “Aynişanın qapısını dezinfeksiya etdilər” xəbəri idi” – Aynişan

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnfluenser Aynişan Quliyeva adının hallandığı xəbərlərdən danışıb.

Sənətçi bu barədə ARB-də yayımlanan “Pərvizə görə” proqramında söz açıb: “Ən absurdu “Aynişanın qapısını dezinfeksiya etdilər” xəbəri idi. O xəbərdən sonra gördüm ki, doğrudan da dezinfeksiya ediblər. Çünki pandemiya dövrü idi, çölə çıxmırdım. Bir gün sonra çıxdım ki, qapım ağappaqdır və dezinfeksiya edilib.

Necə ola bilər ki, bunu media bilib, mən bilməmişəm? Necə baş verə bilər? Ümumiyyətlə, bu, kimə lazımdır? Heç mənə lazım deyil. O dönəm məndən o qədər yazırdılar ki... Artıq özümü robot kimi hiss edirdim, sanki heç nə təsir etmirdi, hisssiz insana çevrilmişdim. Hər gün oyanırdım, yeni xəbər çıxırdı. Bir dəfə də yazmışdılar ki, “Aynişan günorta yeməyini yemədi”. Niyə elə yazırlar? Bunu hardan bilir ki, mən yemədim? Biri yazmışdı ki, Aynişanı ev yiyəsi qovdu. O da necə olmuşdu: mən İspaniyaya gedirdim, qatar problemi yarandı. Barselonaya çatmamışdım, gülə-gülə video çəkmişdim ki, oradakı ev yiyəsi gözləmir, deyir, başqa ev tapın. Yazmışdılar ki, Aynişanı ev yiyəsi qovdu. Artıq hiss etmirəm. Elə bilirəm, Aynişan başqa insandır, onun haqqında yazırlar”.

Bloger onun haqda ABŞ-də həbs olunması ilə bağlı yalan xəbərlərə də aydınlıq gətirib:

“Mən Amerika vizası üçün müraciət etmişdim, bir dəfə rədd cavabı almışdı. Bu dəfə isə təsdiqlədilər. Səhəri gün xəbər yazıblar, Aynişan Amerikaya qaçmaq istəyəndə hava limanında tutuldu. Baxdım ki, bu, nə məlumatdır? Axı orda vizanı ləğv edə bilərlər. Dedim, bu, nə məsələdir? Çünki Amerika elə biləcək ki, problemli insanam, mənə viza verməyəcək. Sonra yazdılar ki, guya insanları investisiya etməyə çağırmışam, guya ölkədə belə bir qurum var, çoxlu pullar qazanırsan. Guya məni buna görə döyüblər. Nə qədər insan menecerimə zəng edib ki, Aynişana qulaq asdıq 20 min batırdıq, 15 min batırdıq. Aynişan sizə desə ki, gəlin, hansısa uşağa 100 manat verin, verməzsiniz. 20 mini necə batırırsınız? O şəkil heç mənə oxşamır, süni intellektlə düzəldiblər, gözümü də göy ediblər ki, guya döyülmüşəm. Dəfələrlə açıqlama vermişəm. Lakin qarğış edirlər ki, sənə qulaq asıb pul batırdıq, ona görə getdim, dövlət qurumlarına ərizə yazdım. Hər şeyi etmişəm, lakin bir ildir bu insanların kimliyi tapılmır. Deyəsən, zəng edirlər, ondan sonra kartın kodunu soruşub hesabdakı pulu çəkirlər. Bu şəxslərin azərbaycanlı olmadığını deyirlər”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
02 noyabr 2026, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Xəbər
02 noyabr 2026, 13:39

Azyaşlı məhkəmədə ifadəsi elan edildi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
02 noyabr 2026, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
02 noyabr 2026, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Oxşar xəbərlər