top
Mənzillərin kirayə qiymətləri niyə artıb? - Ekspertlərdən ÖZƏL AÇIQLAMA
10 fevral 2025, 08:00
- ↺ +

Mənzillərin kirayə qiymətləri niyə artıb? - Ekspertlərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar Bakı və Abşeronda mənzillərin kirayə qiymətləri kəskin artıb. Bunu da mənzil fondunun yenilənməsi ilə əlaqələndirirlər.

Bəs görəsən, nə zamana qədər qiymət artımı olacaq?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, artıq 2016-cı ildən başlayaraq Bakıda istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivləri sökülərək yeni tikili binalar ilə əvəzlənir:

“Bəzi ərazilər dövlət tərəfindən və dövlət ehtiyacı üçün alınır və alındığı zaman həmin ərazilərdə yerləşən fərdi yaşayış evləri müəyyən parklara, infrastrukturlara çevrilir. Sökülən hər çoxmənzilli yaşayış binasının yerində yeni binalar inşa olunur. Sökülən bina və fərdi yaşayış evlərində yaşayan sakinlərin evləri söküldüyü zaman onlar yeni tikili binalardan mənzillər alana qədər ortalama iki-üç il müddətinə məcburi kirayə çıxmalı olurlar. Nəticə etibarı ilə sökülən hər çoxmənzilli yaşayış binasının yerində yeni tikili binalar inşa olunduqca artıq kirayə mənzil bazarından ucuz kirayə mənzillər çıxmış olur”.

E.Fərzəliyev qeyd edib ki, 2040-ci ilə qədər paytaxt ərazisində hazırkı qiymətlərə olan əlçatan qiymətə kirayə mənzillər olmayacaq:

“Sökülən binaların yerində yeni binalar inşa olunduqca yeni tikili binalarda kirayə mənzillərin aylıq kirayə qiymətləri köhnə tikili binalardan təqribi iki dəfəyə qədər daha baha təklif olunur. Kommunal xərcləri də üzərinə gəlsək, kirayə qiymətinə 10 faiz təsir edir. Bu, onu deməyə əsas verir ki, 2040-ci ilə qədər paytaxt ərazisində hazırkı qiymətlərə olan əlçatan qiymətə kirayə mənzillər olmayacaq. Kirayə mənzillərinin aylıq qiymətlərində kəskin artımlar müşahidə olunacaq. Buna əsas səbəb köhnə binaların sökülərək yeni tikilən binalar ilə əvəzlənməsidir.

Kirayə qalan şəxslərin böyük əksəriyyəti bölgələrdən gələn tələbələrdir. Onlar kirayələrdə, mərkəz ərazilərdə əlçatan qiymətə mənzil tapmadıqlarına görə, Bakıətrafı ərazilərə üz tuturlar. Bu da tələbələrin gün ərzində bir neçə saatlarını tıxaclarda sərf etməsinə səbəb olur. Gələcəkdə tələbə yataqxanaları tikilərsə, tələbələr kirayə mənzillərdə deyil, yataqxanalarda qalarlarsa, bu, artıq tələbələrin ev problemini aradan qaldırmaqla bərabər, həmçinin kirayə mənzil bazarında boşluq yaradar”.

“Satış qiymətlərində də ciddi artımlar müşahidə olunur. Yəni bir əmlakın satış qiyməti 100 min manatdırsa, onun kirayə qiyməti 500 manat hesab olunur. 6-7 il əvvəl Yasamal, Nəsimi, Nərimanov rayonlarında bir sıra köhnə tikili binaların satış qiyməti 65-70 min manat idisə, hazırda 250-350 min manat arası dəyişir. Bu da kirayə qiymətlərinin artmasına gətirib çıxarır. Stabilləşmə üçün süni qiymət artımı stabilləşməlidir. Əhali sosial mənzillərlə təmin edilməlidir”, - deyə E.Fərzəliyev əlavə edib.

İqtisadçı eksperti Xalid Kərimli qeyd edib ki, kirayə mənzil bazarında qiymət artımı davam edəcək:

“Bakı və Abşeron yarımadasında qalmaq istəyənlərin sayı çoxalıb. İkinci tərəfdən isə  bu ərazilərdə torpaqlar getdikcə məhdudlaşır. Bina tikintisinin xərcləri də artıb. 10 il bundan qabaqkı mənzillərin qiyməti ilə müqayisə etsək, ən azı iki dəfədən çox bahalaşma olduğunu görürük. Baha ev baha da kirayə mənzil deməkdir. 100 minlik ev alıb, 400 manata kirayə verirdisə, indi 200 minə alır, 800 manata kirayə verir. Evlərin qiyməti bahalaşdığına görə kirayələrin də qiyməti bahalaşıb.

Qiymətlərin artması prosesi dayanmır. Qiymətlər artdıqca, mərkəzi hissələrdə qiymətlərin artımı davam edəcək. O vaxt düşə bilər ki, insanlar Bakıya axın etməsinlər. Odur ki, qiymət enişini gözləmək qeyri-realdır. İqtisadi vəziyyət kəskin pisləşməsindən söhbət getməyəcək”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Oxşar xəbərlər