Bakıda növbəti “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası təşkil olunacaq. Bu haqda BakuPlus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Carlsberg Azerbaijan və AzEkol MMC-nin birgə təşkilatçılığı ilə 11 sentyabr tarixində saat 11:00-da keçiriləcək.
2 saat davam edəcək aksiya “Dəniz Mall” ticarət mərkəzinin qarşısında baş tutacaq.