Səbail Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu haqda 10 sentyabr tarixində Səbail RİH məlumat verib.
Sentyabrın 9-da rayonun icra başçısı Vüqar Zeynalov 20-ci sahə yaşayış massivi, Salyan yolu, 32 ünvanında keçirilən görüşdə sakinlərin müraciətlərini dinləyib.
Qəbulda müraciət etmiş sakinlərin şikayətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə yerindəcə göstərişlər verilib.
Görüşdə iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müraciətlərlə bağlı müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_69197" align="alignnone" width="640"]
Foto Səbail Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]