Paytaxtın əsas prospektlərindən biri - Tbilisi prospekti sabah, 30 avqust tarixində saat 08:00-dan 20:00-dək bağlı olacaq. Bu haqda bu gün, avqustun 29-u Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat verib.
Prospektin "20 Yanvar" dairəsindən İzmir küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.