Paytaxtın Binəqədi rayonunun iki qəsəbəsində içməli su olmayacaq. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Magistral su xəttində baş vermiş qəzanın bərpası səbəbindən Xocəsən və Sulutəpə qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq.
“Yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik” – deyə qurum əlavə edib.